X
About Us

Haqqımızda

Azweb Academy-nin təhsil modelində tələbələr nəzəri biliklər əldə etməklə yanaşı, təcrübə keçmək imkanı da əldə edirlər.Real layihələr üzərində aparılan praktiki işlər isə tələbələrin karyeralarına tam hazır olmalarını təmin edir. Layihələr tələbələrlə real praktika qazanmağa, şəxsi portfolio-larını tərtib etməyə və uğurlu karyera qurmağa zəmin yaradır.

  • Almaniya və Türkiyədə praktika imkanı
  • Zəmanətli Təhsil
  • Portfolioda 10-dan artıq real layihə
  • Sertifikasiya
  • Özəl şirkətlərdə iş imkanı
  • Azweb Group'da iş imkanı
What We Do

Tədris Proqramları

  • HTML(5)

    CSS(3)

    Bootstrap(4)

    SASS-LESS

    GIT

    Javascript

    Angular JS

    jQuery

    Restful API

  • -->

    C#

    PHP

    AJAX

    JSON-XML

    Asp.NET MVC

    MsSQL

    Azure Server

  • HTML(5)

    CSS(3)

    Bootstrap(4)

    SASS-LESS

    GIT

    Javascript

    jQuery

    Angular JS

    C#

    AJAX

    JSON-XML

    Asp.NET MVC

    MsSQL

    Azure Server

Azweb Academy-də keçirilən Proqramlaşdırma üzrə tədris proqramı sektorun ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır.

Təhsilin 85%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd sadəcə Proqramlaşdırmanın incəliklərini öyrətmək deyil, eyni zamanda müəssisələrin veb proqramlaşdırmaya olan ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir.

Front-end Development95%
Back-end Development95%
Full-stack Development95%
C# Development95%

Any fool can write code that a computer can understand. Good programmers write code that humans can understand.

Martin Fowler

Software Engineer
Son Xəbərlər

Bloq

  • İnformasiya texnologiyaları hələ də çoxlu stereotiplərlə, yanlış fikirlərlə doludur. Bunu ölkəmizdə daha da aydın hiss etmək olur. “Mən proqramçıyam” deyən kimi “Facebook-un parolunu qıra bilirsən?”, “komputerim donur, format edərsən?”, “televizorun pultunu düzəldərsən?!” və başqa bu kimi sualları ilə üzbəüz qalırsan. Bunlardan əlavə proqramlaşdırma sahəsinə yeni başlamaq istəyənlərə və ya İT-dən uzaq şəxslərə bu sahə “çox çətindir” deyirlər, müxtəlif fikirlərlə qorxudurlar. Buna görə də, ən çox yayılan yanlış fikirləri, mifləri bir yerə yığıb, nəyin doğru, nəyin yanlış olduğunu izah etməyə çalışacam.

    1. Çoxlu kod əzbərləmək lazımdır
    Xarici dildə normal başa düşmək üçün ən azı 2000 söz bilmək lazımdır. Proqramlaşdırma dillərinin əksəriyyətində isə sintaksis çox oxşayır və daimi istifadə etdikcə lazım olan 50-60 metod, funksiyanı avtomatik əzbərləmiş olursuz. Hətta yadda saxlaya bilməsəniz, internetdən və ya rəsmi dokumentasiyaya baxaraq xatırlaya bilərsiz. Ümumiyyətlə, hər kodu yadda saxlamaq lazım deyil. Onsuz da zamanla istifadə etmədiyiniz kodları unudacaqsız. Hətta tanınmış proqramçılar da, bəzən ən sadə alqoritmləri belə yadda saxlaya bilmədiklərini etiraf edirlər.

    2. Kodları anlamaq çox çətindir
    İlk baxışdan kodlar çox mürəkkəb və anlaşılmaz görünür. Onda Çin heroqliflərinə baxaq. Bilməyən şəxs onların içərisində yalnız işarələr görür, lakin dünyada 1,3 milyard insan asanlıqla Çin yazılarını oxuyur, yazır və anlaya bilir. Kodlar isə heroqliflərdən və digər xarici dillərdən daha sadədir. Bu dili eşitməyə və tələffüz etməyə ehtiyac yoxdur. Proqramlaşdırma dilləri baza üçün adətən əsas 50-100 metod, funksiyadan ibarət olur.

    3. Qısa müddətdə çox pul qazanacağam
    Peşəkar proqramçılar digər sahələrin işçilərinə görə adətən daha çox qazanırlar. Amma bu vəziyyət hər proqramlaşdırmaya başlayan üçün belə olacaq mənasına gəlmir. Aylıq ortalama 800-1200 AZN və daha artıq qazanmaq mümkündür, lakin bu dərhal baş vermir. Belə əmək haqqı üçün bir neçə il vaxt lazım ola bilər. Proqramçının əmək haqqı bacarıqları, təcrübə və portfelindən(portfolio) asılıdır, ancaq yeni başlayanda isə bunların heç biri olmur. Ona görə daha çox təcrübə qazanmaq üçün müxtəlif çətinlikli proyektlər etmək lazımdır.

    4. Proqramlaşdırma öyrənmək üçün yaşım çoxdur, artıq gecdir
    qazanmaq yaşla məhdudlaşmır. Öyrənmək arzusu və bu bilikləri praktikada tətbiq etmək istəyi yaşdan asılı olmayan amildir. Hər yaşda xarici dil öyrənə biləcəyiniz kimi, hər yaşda proqramlaşdırmanı da öyrənə bilərsiniz.

    5. Proqramlaşdırma öyrənəcəyəm, qısa müddətdə tətbiq/sayt yaradacağam və varlanacağam
    qVarlı olmaq əla hədəfdir və proqramlaşdırma bu hədəfə çatmaqda kömək edə bilər. Amma qısa müddətə varlanacağınızı, pul qazanmağı unudun!. Bill Geyts, Mark Zuckerberg, Pavel Durov və ya Sergey Brin – bir gündə milyarder olmayıblar. Onlar illərlə təhsil alıb və çox çalışaraq hazırki vəziyyətə çatıblar. 2 həftəlik tədrisdən sonra mobil tətbiq və ya vebsayt hazırlayıb, varlanmaq deyə bir düstur, formul yoxdur. Proqramlaşdırma tez və asan pul qazanmaq istəyənlər üçün deyil. Buna baxmayaraq, proqramlaşdırma həm karyera inkişafı, həm də öz biznesinizi yaratmaq üçün böyük imkanlar açır.

  • 1.JavaScript – 31.9% – 144 vakansiya

    2.Java – 29.5% – 133 vakansiya

    3.C# – 16.2% – 73 vakansiya

    4.PHP – 14.9% – 67 vakansiya

    5.Python – 4.4% – 20 vakansiya

    6.C++ – 2.9% – 13 vakansiya

    7.Ruby – 0.2% – 1 vakansiya

    Hazırki dövr internet əsri olduğundan əlbəttə ki, veb proqramlaşdırma daha çox önə çıxır. Vebdə də demək olar ki, hər istiqamətdə istifadə olunan dil sözsüz ki, JavaScript-dir. Buna görə də JavaScript-in top 1-də olması gözlənilən idi.

    JavaScript hazırda sürətlə inkişaf edən proqramlaşdırma dillərindən biridir. Google, Microsoft, Facebook, Netflix, Mozilla və s. kimi nəhəng texnologiya şirkətləri tərəfindən dəstəklənir və inkişaf etdirilir. Həmçinin, öyrənilməsi rahat olduğundan yeni başlayanlara da tövsiyyə olunur.

    Java və C# uyğun olaraq 2 və 3-cü yerləri bölüşürlər. Əsasən dövlət və bank sektorları üçün istifadə olunan dillərdir. Həmçinin özəl sektorda enterprise işlərin görülməsi üçün bu dillərdən geniş istifadə olunur. Adətən, yerli bankların vakansiyalarını tez-tez görürəm. Görünən odur ki, bu sahələr üzrə ölkədə İT-yə daha çox diqqət yetirməyə başlayırlar.

    Köhnə dostumuz və ən çox tənqid edilən proqramlaşdırma dillərindən PHP sırada 4-cü yerdədir. Bütün tənqidlərə və 4-cü olmasına baxmayaraq, PHP yerli şirkətlərdə webdə backend üçün istifadə olunan ən məşhur dildir. Java, C#, Python-la da web proqramlaşdırmada backend yazmaq olur. Sadəcə bunun üçün əlavə texnologiyalar, framework-lər öyrənməyə ehtiyac yaranır. PHP ilə buna ehtiyac qalmır, dilin özü istənilən çətinlikli proyektlər yazmağa imkan yaradır. Amma əlbəttə ki, daha sürətli və keyfiyyətli işlər üçün PHP framework öyrənmək vacibdir

    Siyahının sonlarını isə Python, C++ və Ruby tamamlayır. Python dünyada məşhurlaşan proqramlaşdırma dili olsa da, hələ ki ölkəmizdə yerli şirkətlər tərəfindən çox az istifadə olunur.

    C++ aşağı səviyyəli proqramlaşdırma dili (maşın koduna yaxın dil) olduğundan öyrənilməsi çətindir. Həmçinin, yerli şirkətlərin ƏS, hardware (aparat təminatı), oyun sahəsində proyektləri olmadığından bu dilə təlabat çox aşağıdır.

  • Çoxları haradan başlayacağını və bacarıqları ilə nə edəcəyini bilmir. Heç bir şey etmədən itirilmək və boşa çıxmaq çox asandır; buna görə bacarıqlarınızı qiymətləndirməyin müxtəlif yollarını bilmək lazımdır.
    Ən son tendensiya, real layihələr dərc etmək və tamaşaçı qurmaqla bacarıqlarınızı nümayiş etdirməkdir.
    Bundan əlavə, pulsuz öyrənmə, başqalarına öyrətmə və daha çox daxil olmaqla ənənəvi metodları da unutma.
    Bununla birlikdə, işə başlamazdan əvvəl sənayedə proqramçılara olan ehtiyacı başa düşmək lazımdır. Hal hazırda proqramçılara böyük tələbat var və tələb yalnız yaxın gələcəkdə artacaq.

    1.Freelance

    Freelance sürətli bir yarışda böyüyür. Freelance əla seçim olsa da, ənənəvi bir işdən daha çox diqqət və səbir tələb edir.
    Başlamaq üçün UpWork, HackerEarth, LiveEdu və bir çox digər onlayn sərbəst platformalara cəhd edə bilərsiniz.
    Mən resursları türk dilində çox skan edə bilməsəm də, sosial media qruplarından iş təqib edə bilərsiniz və ya bionluk və armud kimi türk saytlarında iş axtara bilərsiniz.

    2. Bacarıqlarınızı nümayiş etdirin

    İnternetin böyüməsi ilə video canlı yayım sürətlə ümumi kütlənin həyatına girir. İşlərinizin dərc edilməsi güclü bir onlayn portfel yaratmağa kömək edən uzunmüddətli faydalara malikdir.

    Keçmiş layihələrinizi sadaladığınız ənənəvi bir CV-yə bənzəmir və müştəri GitHub anbarına getməlisiniz.

    İşinizin vizual tapşırıqlarınızı necə yerinə yetirməyinizdən daha çox şey. Canlı yayım bir çox üstünlük verir.

    3. Müəllim ol

    Kompüter kursu müəllimi olmaq proqramlaşdırma bacarıqlarınızdan pul qazanmağın başqa bir yoldur.

    Müəllim-tələbə nisbəti müasir cəmiyyətdə əsas problemdir. Bu fürsəti keçə bilərsiniz.

    Yalnız onlayn işləmək istəyirsinizsə, onlayn dərslər yaratmaq və fərqli mühitlərə və ya öz blogunuza yükləməklə də başlaya bilərsiniz. ( Udemy akademiyası nümunəsi kimi)

    4. Təhlil edin

    Kod yazmaqla pul qazanmağın ən vacib məsələlərindən biri təhlil etməkdir. Çünki insanların heç vaxt ehtiyac duymadığı bir bölgədə proqram yazmaq həm vaxtınızı, həm də vaxtınızı itirir.

    Bir veb sayt açaraq pul qazanmaq istəyirsinizsə, analiz etməlisiniz, butik səhifəsi açıb pul qazanmaq istəyirsinizsə, analiz etməlisiniz.

    Bir proqramçı, proqram tərtibçisi, kodek adından nə deyirsənsə söyləyin. Bu adamın internetdən pul qazanması qaçılmazdır.

    Bir veb sayt, android, ios tətbiqetmələri, kompüter proqramları və s. Etməklə çox ciddi pul qazanmaq mümkündür.

Get in Touch

Bizimlə əlaqə

  • Ünvan

    Naxçıvan şəhəri

  • Email

    azwebacademy@gmail.com

  • Telefon

    +994 60 419 19 99

Please Fill Required Fields